Çin mart ayından Azərbaycanla birbaşa uçuşları bərpa edəcək.
Bu ölkənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, “China Southern Airlines” şirkəti Çinin Quançjou şəhəri ilə Bakı (Urumçi vasitəsilə) arasında gediş-gəlişin mart ayında rəsmi olaraq bərpa olunacağını bildirib.
Martın 13 və 20-də bir reys (CZ8051/2) həyata keçiriləcək və 26 martdan etibarən həftədə iki reysin (CZ6023/4, çərşənbə/bazar) bərpası planlaşdırılır.