Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmirinə 9,5 milyon manat ayrılıb

Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmirinə 9,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev “Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon manat ayrılıb.