Dövlət Komitəsi: Bakının Baş planı tezliklə təsdiq olunmalıdır

Dövlət Komitəsi: Bakının Baş planı tezliklə təsdiq olunmalıdır

"Bakı şəhərinin Baş planı tezliklə təsdiq olunmalıdır".

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bununla bağlı işlər artıq bitib:"Baş plan şəhərin zonalaşdırılmasını, müvafiq məhdudiyyətləri özündə əks etdirir. Paytaxta uyğun müasir şəhərsalma yanaşmaları da plana salınıb".