Əfqanıstanın şimalındakı Samanqan əyalətində mədrəsələrin birində baş vermiş partlyışda ölənlərin sayı 35 nəfərə çatıb.
Azı 23 nəfər yaralanıb.
Həlak olanların böyük əksəriyyəti mədrəsənin şagirdləri olub.
XXX
Əfqanıstanın şimalında yerləşən Samanqan əyalətində dini məktəbdə törədilən partlayış nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər yaralanıb.
Bu barədə “Tolo News” telekanalı məlumat yayıb.
Bildirilib ki, partlayış vilayətin inzibati mərkəzi Aybak şəhərində günorta namazı vaxtı baş verib.