Əhməd Obalı: İranda bizim ideologiyamızı dəyişdirməyə çalışıblar

Əhməd Obalı: İranda bizim ideologiyamızı dəyişdirməyə çalışıblar

Biz illər boyu “GünazTV”də azərbaycançılıq ideologiyası üzrə hərəkət etmişik. İranda bizim ideologiyamızı dəyişdirməyə çalışıblar. Təki Vətən, Azərbaycan adı səslənməsin, görünməsin. 

AZƏRTAC xəbər verir ki, bunu Cənubi (Güney) Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzində "İran yeni baxış bucağında" mövzusunda keçirilən ekspert müzakirəsində bildirib. 

O qeyd edib ki, İran ideologiyasının məqsədi “Azərbaycan” adını unutdurmaq, məhv etməkdir: "İran dövləti türkçülüyü sevmir. Biz dinimizi sevirik və bu, şəxsi məsələdir. Millət məsələsi isə bizim üçün daha böyük anlayışdır".