Yeni loqo Ermənistanda qalmaqal yaratdı
Bu günlərdə pankart və bayraq şəklində yayılan Gənclər İncəsənət Sarayının 100 illiyinə həsr olunmuş loqo Gümrü sakinlərini qəzəbləndirib.
Yerli sakinlər loqonu türk bayrağı ilə, daha çox bayrağın surəti kimi müqayisə edərək onun yaradıcılarından izahat tələb edirlər.
Türkiyəyə qarşı nifrətlərini sosial şəbəkələrdə ifadə edən erməni istifadəçilər Gümrü icma rəhbərliyinə, şəhər idman və mədəniyyət mərkəzinə, vilayət administrasiyasına müraciət edərək loqonun dərhal dəyişdirilməsini tələb edirlər.
Qeyd edək ki, Gənclər İncəsənət Sarayının 100 illiyinə həsr olunmuş loqo həqiqətən də Türkiyə Respublikasının bayrağını xatırladır. Göründüyü kimi, Türkiyəni xatırladacaq hər bir şey erməniləri qıcıqlandırmağa kifayət edir...
Şahanə