Bu gün Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra kəndlərinin işğaldan azad edilməsindən 2 il ötür.
15 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Ordusunun Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndlərini işğaldan azad etdiyini elan edib.
Dövlət başçısı rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edib:
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”