Bu gün Füzuli və Xocavənd rayonlarının bir sıra kəndlərinin işğaldan azad edilməsindən 2 il ötür.
14 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Ordusunun Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad etdiyini elan edib.
Dövlət başçısı rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edib:
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”