Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Fərid Zəkəriyəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bığır-Hacalıkənd yolunda hərəkətdə olan zaman piyada, 1957-ci il təvəllüdlü Vasib Cəlilovu vurub.

Xəstəxanaya yerləşdirilən V.Cəlilov orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.