Hikmət Hacıyev Vətən müharibəsi zamanı ermənilərin törətdiyi Gəncə terroru ilə bağlı paylaşım edib

Hikmət Hacıyev Vətən müharibəsi zamanı ermənilərin törətdiyi Gəncə terroru ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2020-ci il oktyabrın 11-də Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı tviter səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi-siyasi rəhbərliyi mülki əhali arasında maksimum itkiyə səbəb olmaq məqsədilə Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər şəhərlərini qəsdən və fərq qoymadan ballistik raket zərbələri endirmək əmri verdi. Bu, müharibə cinayətidir”.