İspaniyada iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 150-yə çatıb - YENİLƏNİB

İspaniyada iki qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 150-yə çatıb - YENİLƏNİB

İspaniyanın Kataloniya əyalətində iki qatarın toqquşması nəticəsində yaralananların sayı 150-yə çatıb. 

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan 5-nin vəziyyəti ağırdır.

xxx

İspaniyanın Kataloniya əyalətində Monkada stasiyasında iki qatarın toqquşması nəticəsində 70-ə yaxın insan yaralanıb.

TASS xəbər verir ki, bu barədə İspaniya Mülkü vətəndaşların müdafiəsi üzrə yerli idarə məlumat yayıb.

Bildirilib ki, hadisə yerində xilasedicilər fəaliyyət göstərir.

Xəsarət alanların sayı dəqiqləşdirilir.