Türkiyənin İstanbul şəhərində Arnavutköy rayonunda sərnişin avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində 14 nəfər yaralanıb.
Məlumatı “CNN Turk” yayıb.
Bildirilib ki, hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və yaralılar hospitala yerləşdirilib.
İlkin məlumata əsasən, qəza avtobusun sürücüsünün qarşı tərəfin yoluna çıxması nəticəsində baş verib.