Kiyevdə partlayışlarda 8 nəfər ölüb, 24 nəfər yaralanıb

Kiyevdə partlayışlarda 8 nəfər ölüb, 24 nəfər yaralanıb

Kiyevin mərkəzində partlayışlar nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Bu barədə Ukrayna daxil işlər nazirinin məsləhətçisi Rostislav Smirnov açıqlama verib.

Kiyevlə yanaşı, Ukraynanın Lvov və Dnepr şəhərləri də raket hücumlarına məruz qalıb.

Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir.