Laçında Ermənistan istehsalı olan qadağan edilmiş 1318 mina aşkarlanıb

Laçında Ermənistan istehsalı olan qadağan edilmiş 1318 mina aşkarlanıb

Laçın rayonu ərazisində kütləvi şəkildə piyada əleyhinə minalar aşkarlanır.

APA-nın xəbərinə görə, Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Laçın rayonu ərazisində piyada əleyhinə mina sahələrindən ancaq cari ilin 15 avqust tarixindən 31 avqust tarixinədək 1318 ədəd PMN-Э növlü minalar aşkar edilib.

Həmin minalar Vətən müharibəsindən sonra 2021-ci ildə Ermənistanda istehsal olunub.