Mədət Quliyev: "Azərbaycan istehsallı silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur"

Mədət Quliyev: "Azərbaycan istehsallı silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur"

Qarabağ müharibəsindən sonra dünyanın Azərbaycanın hərbi texnikalarına marağı dəfələrlə artıb.

Bunu "APA-Economics"ə Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, Azərbaycan istehsalı olan silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur: "Bunu nəzərə alaraq ADEX sərgisində 179-dan çox Azərbaycan silahı, o cümlədən sınaqdan çıxmış silahlar nümayiş etdirilir". 

Nazir həmçinin, müdafiə sənayesi sahəsində yeni müəssiələr yaradıldığını bildirib.