Məşhur italiyalı aktrisa vəfat edib

Məşhur italiyalı aktrisa vəfat edib

Məşhur italiyalı aktrisa Cina Lollobricida 96 yaşında vəfat edib.

TASS xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, aktrisa “Fanfan-Tulpan” və “Notr Dam Kilsəsi” filmlərindəki rolları ilə məşhurlaşıb.

O, təxminən 30 il əvvəl filmlərə çəkilməyi dayandırıb.

Qeyd edək ki, C.Lollobricida 1927-ci ildə anadan olub.