Nepalın Poxara şəhəri yaxınlığında “Yeti Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə “The Kathmandu Post” nəşri məlumat yayıb.
Bildirilib ki, qəza baş verən zaman təyyarənin göyərtəsində 72 nəfər olub. Onlardan 68-i sərnişin, 4-ü isə ekipaj üzvüdür. Qəza layner havaya qalxarkən baş verib, bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.