Özbəkistan Prezidenti: Azərbaycanın sədrliyi ilə QH-nin beynəlxalq aləmdə nüfüzu güclənib

Özbəkistan Prezidenti: Azərbaycanın sədrliyi ilə QH-nin beynəlxalq aləmdə nüfüzu güclənib

“Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın beynəlxalq aləmdə nüfuzu kəskin şəkildə artıb”.

Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə deyib.

O, Bakı şəhərində göstərilən səmimi münasibətə və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.