Rusiya Federasiyasında Azərbaycan Respublikasının vətəndaşlarına pensiya təyin olunarkən onların Rusiya Federasiyasının ərazilərində ən azı 1 il yaşaması şərtilə, hər iki razılığa gələn tərəfin ərazilərində yaşadığı dövrlər nəzərə alınacaq.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Rusiyada sosial pensiya sığortaolunan şəxsin Azərbaycan qanunvericiliyinə uyğun təyin olunmuş pensiyaları almaması şərtilə Rusiya qanunvericiliyinə uyğun təyin olunacaq və ödəniləcək.