Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında pul toplayan şəxs müəyyən olunub

Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında pul toplayan şəxs müəyyən olunub

Sosial şəbəkə seqmentlərində “şəhid bacısı” adı altında feyk profillər vasitəsilə vətəndaşlardan onlayn pul toplayan şəxs müəyyən olunub.

Bu barədə yeniazerbaycan.com Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 2000-ci il təvəllüdlü Elşad Quliyev saxlanılaraq məsuliyyətə cəlb edilib. O törətdiyi əməli etiraf edib. Araşdırmalar davam etdirilir.