Suriyadan Türkiyəyə beş raket atılıb, ölənlər var

Suriyadan Türkiyəyə beş raket atılıb, ölənlər var

Türkiyənin cənub-şərqindəki Qaziantep vilayətində, Suriya ilə sərhəddə yerləşən Karkamış şəhərinə raket zərbələri endirilib.

Bu barədə bu gün Qaziantep valisi Davud Gül deyib.

Qeyd olunub ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Məlumata əsasən, Karkamış şəhərinə raketlər Suriya ərazisindən atılıb.

Xatırladaq ki, Türkiyə ordusu ötən həftə sonu Suriyanın şimalında "Pəncə Qılınc" antiterror əməliyyatına start verib.