Təyyarədə turbulentlik nəticəsində 36 nəfər yaralanıb

Təyyarədə turbulentlik nəticəsində 36 nəfər yaralanıb

ABŞ-ın Feniks şəhərindən Havay adalarına uçan təyyarənin göyərtəsində yaranan turbulentlik nəticəsində 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Honolulu təcili tibbi yardım xidməti yaralanan 11 nəfərin vəziyyətinin ağır, 9-nun stabil olduğunu bildirib. Zərərçəkənlərdə kəllə-beyin yaraları, kəsiklər, göyərmələr, huşunu itirmələr qeydə alınıb.

Havay Hava Yollarının məlumatına görə, hadisə zamanı təyyarənin göyərtəsində 278 sərnişin və on ekipaj üzvü olub.