Türkiyədə fabrik partlayıb, ölən və yaralananlar var

Türkiyədə fabrik partlayıb, ölən və yaralananlar var

Türkiyənin Qaziantep şəhərində fabrikdə partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub. Xəsarət alanların da olduğu deyilir.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadası cəlb olunub.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.