Türkiyənin Kayseri vilayətinin Melikqazi rayonunda 2 sərnişin avtobusu toqquşub.
Bu barədə “İhlas” xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, qəza nəticəsində çoxlu sayda sərnişin xəsarət alıb. Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım dəstələri cəlb olunub.