Türkiyənin məşhur pop ulduzu Hadisə Bakıya gəlir.
Uzun müddətdir ki, Bakıya gəlməyən ulduz sentyabrın 10-u Bakı Konqres Mərkəzində sevənləri ilə görüşəcək. Konsert @megamuzikofficial təşkilatçılığı ilə həyata keçirilir.
Qeyd edək ki, sonuncu dəfə Hadisə paytaxtımızda 2013-cü ildə konsert proqramı ilə çıxış etmişdi.