“700 min ağac əkək” kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiyada YAP Pirallahı rayon təşkilatının fəalları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Pirallahı qəsəbəsində Süleyman Bağırov küçəsində yerləşən parkda 200-dən çox yeni ağac və gül kolları əkilib, ərazidə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.