Ağcabədidə Yeni Azərbaycan Partiyasının 34 illiyi münasibətilə tədbir keçirilmişdir

 

Noyabr ayının 20-də YAP Ağcabədi rayon təşkilatı  Yeni Azərbaycan Partiyasının yaranmasının 34 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP rayon təşkilatının əməkdaşları, ƏPT sədrləri, partiya veteranları və fəalları, şəhid ailələrinin üzvləri iştirak etmişdir.

Əvvəlcə, tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açıq elan etmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

 Ümummilli Lider Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin əvvəlində Yeni Azərbaycan Partiyasının yaranması və 34 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə edərək, Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, ölkəmizin müstəqilliyinin qorunması və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərindən geniş bəhs edib.O, qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda xalqın böyük dəstəyi və tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxarılması, ölkədə sabitliyin və siyasi həmrəyliyin bərqərar edilməsində mühüm rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən partiya qısa müddətdə xalqın inam və etimadını qazanaraq ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi.

Məruzəçi bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqelərini daha da gücləndirib, iqtisadi qüdrətini artırıb və tarixi nailiyyətlərə imza atıb. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər xalqımızın birliyinin, dövlətimizin gücünün və siyasi iradəsinin təntənəsi kimi tarixə yazılıb.

Natiq Yeni Azərbaycan Partiyasının VIII qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin söylədiyi nitqində irəli sürülən müddəalar barədə məlumat vermiş, bu istiqamətdə Ərazi Partiya təşkilatları, o cümlədən hər bir partiya üzvünün üzərinə düşən vəzifələr barədə öz fikirlərini söyləmişdir.

Tədbirdə çıxış edən Boyat ƏPT sədri, Partiyanın VIII qurultayının nümayəndəsi Məleykə Kərimova, Partiya veteranı, şəhid atası Türbəndə Məmmədov, Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli, Ağcabədi rayon Mərkəzi Xəstəxanasının ailə sağlamlıq şöbəsinin müdiri, Partiyanın VIII qurultayının iştirakçısı Pərvin Mirzəyeva partiyanın gələcək hədəflərindən, qarşıda duran vəzifələrdən, xüsusilə gənclərin siyasi və ictimai fəallığının artırılmasının vacibliyindən danışıblar. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası partiyanın fəaliyyətində əsas ideoloji istiqamət olaraq qaldığı vurğulanıb.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34 illiyi münasibətilə bir qrup Partiya veteranına Fəxri Fərman verilib, xatirə hədiyyələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatmışdır.

Yekunda tədbir iştirakçıları rayon təşkilatının binası qarşısında xatirə şəkli çəkdiriblər.