Avropa Mərkəzçi Demokrat İnternasionalın Prezidenti Andres Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti YAP-ın dəvətli ilə Bakıya səfərə gəlib

Avropa Mərkəzçi Demokrat İnternasionalın Prezidenti Andres Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti YAP-ın dəvətli ilə Bakıya səfərə gəlib

Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Bakıya səfərə gəlib.
Cənab Andres Pastrananı Azərbaycana səfəri çərçivəsində MDİ-nin Baş katibi cənab Antonio Lopez-İsturiz Uayt və baş koordinator Sezar Rossello müşayiət edəcək.
Avropa Mərkəzçi Demokrat İnternasionalın nümayəndə heyətinin fevralın 27-də başlayan səfəri çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ilə görüşü nəzərdə tutulub.
Nümayəndə heyətinin səfər proqramına bir sıra rəsmi görüşlər, Müşviqabad qəsəbəsində məcburi köçkün ailələri ilə görüş, eləcə də Bakının tarixi- mədəni abidələri ilə tanışlıq daxildir.
Avropa Mərkəzçi Demokrat İnternasionalın nümayəndə heyətinin Bakıya səfəri fevralın 28-də başa çatacaq.