Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Natiq Nağıyev,YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcədə ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Gədəbəy rayonunun mərkəzində ucalan abidəsini ziyarət edib, gül dəstələri qoyub, öz sevgi və ehtiramlarını bildiriblər.