Laçın rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə rayonun icra strukturlarının, idarə və müəssisələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində rayon ictimaiyyətinin iştirakı ilə tədbirlər keçirilib.
Laçın Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binası qarşısındakı büstü və ərazidəki Xatirə kompleksini ziyarət ediblər.
Daha sonra tədbir iştirakçıları və könüllülər Qayğı qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər. Ağacəkmə aksiyasında ərazidə 400 ədəddən çox həmişəyaşıl ağac əkilib.