Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı və rayon ərazisində məskunlaşmış Ağdam, Kəlbəcər, Laçın, Xocalı və Şuşa rayonlarından olan gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adı altında aksiya keçirilib. YAP Tərtər rayon təşkilatının qərargahı qarşısından start götürən aksiya iştirakçıları işğaldan azad olunmuş Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbəyə doğru yürüş ediblər. “Qarabağ bizimdir, bizim olacaq!” şüarı səsləndirilən aksiya Marağa 150 abidəsinin önündə başa çatdırılıb.