Qaradağ rayonunda şəhid və qazilərin övladları ziyarət olunub

Qaradağ rayonunda şəhid və qazilərin övladları ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının fəalları və Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət ediblər.
Ziyarətçilər şəhid və qazilərin övladlarını təbrik edib və onlara hədiyyələr təqdim ediblər.