Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının nümayəndələri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Şəmkir rayonunun Xuluf kəndindən olan kapitan Qəhrəmanov Ruslan Mehman oğlunun, Əjdərli Şamxal Maarif oğlunun, Alızadə Seymur Mirzə oğlunun və Şəmkir rayonunun Ələsgərli kəndindən olan Nəbiyev Zaur Ələddin oğlunun məzarını ziyarət ediblər. Daha sonra şəhidlərin ailələri ilə görüş keçirilib.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev şəhidlərimizin valideynlərinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edib.
YAP Şəmkir rayon təşkilatının aparat rəhbəri Şövqi Həsənov isə dövlətin qayğısı nəticəsində şəhid ailələri və qazilərin bütün cari problemlərinin qısa zamanda həll olunduğunu diqqətə çatdırıb.
Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.