1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası (YAP) ötən 34 il ərzində ölkəmizin müstəqillik tarixinin ən mühüm və taleyüklü mərhələlərindən şərəflə keçərək Cənubi Qafqazın ən böyük və aparıcı siyasi qüvvəsinə çevrilmişdir. Partiyamızın 34 illik fəaliyyətinin əsas fəlsəfəsini dövlətçilik ənənələrinə sadiqlik, siyasi varislik və bu varisliyin məntiqi nəticəsi olan Tarixi Zəfər təşkil edir.Müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyası ölkəmizi dərin siyasi-iqtisadi böhrandan, vətəndaş qarşıdurmasından və parçalanma təhlükəsindən xilas edərək sabitlik və tərəqqi yoluna çıxardı. 2003-cü ildə Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadı ilə cənab İlham Əliyevin Prezident seçilməsi ölkəmizin müasir tarixində siyasi varisliyin ən uğurlu nümunəsi kimi tarixə düşdü.Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu yeni dövrün qlobal çağırışlarına və milli maraqlara uyğun şəkildə zənginləşdirərək Azərbaycanı regionun lider dövlətinə çevirdi. Ötən illər ərzində həyata keçirilən güclü iqtisadi siyasət, müstəqil xarici kurs, ordu quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi gələcək böyük qələbələrin sarsılmaz təməlini formalaşdırdı. Eyni zamanda, partiya sıralarında veteranlarla gənclər arasında yaradılan harmonik birlik nəsillərarası varisliyin və institusional inkişafın bariz göstəricisinə çevrildi.Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən qarşısına qoyduğu ən ali məqsəd ölkəmizin ərazi bütövlüyünün bərpası və dövlət müstəqilliyinin əbədiliyinin təmin edilməsi olmuşdur. Müzəffər Ali Baş Komandan, YAP Sədri İlham Əliyevin qətiyyətli liderliyi, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və sarsılmaz xalq-iqtidar birliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər 30 illik işğala son qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi.2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi və konstitusiya quruluşu ölkəmizin bütün ərazisində tam bərpa olundu. Bu möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi, siyasi varisliyin real gücü və Yeni Azərbaycan Partiyasının 34 illik mübarizə yolunun ən uca zirvəsidir.Tarixi Zəfərdən sonra keçirilən ümumxalq seçkilərində xalqımızın YAP-a və onun Sədri cənab İlham Əliyevə göstərdiyi yüksək etimad cəmiyyətimizin bu siyasi xəttə olan sarsılmaz inamının növbəti təsdiqi oldu. Bu gün tam suveren Azərbaycanın yeni inkişaf mərhələsində, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən "Böyük Qayıdış" proqramının icrasında və partiyamızın VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflərə çatmaqda Yeni Azərbaycan Partiyası öz avanqard rolunu uğurla davam etdirir.34 yaşlı Yeni Azərbaycan Partiyası dünənin sınaqlarından şərəflə çıxmış, bu günün tarixi Zəfərinə imza atmış və Azərbaycanın daha qüdrətli gələcəyini inşa edən ümumxalq partiyasıdır!
Məmməd Məmmədbəyov,
YAP Qusar rayon təşkilatının fəalı