Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 29-cu il dönümü ilə bağlı YAP Xocavənd rayon Gənclər Birliyinin təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasında gənclərin rolu” mövzusunda onlayın formatda tədbir keçirilib. Tədbirdə, YAP Xocavənd rayon Gənclər Birliyinin İdarə heyəti, şüra üzvləri, Xocavənd rayon Gənclər İdman İdarəsinin rəisi Aslan Quliyev, YAP Füzuli rayon Gənclər Birliyinin sədri Aydın Rəşidli və fəal gənclər iştirak ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü münasibəti ilə bütün YAP ailəsini təbrik edilib və 29 il ərzində görülən işlərdən danışılıb.