Oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Ağcabədi rayon təşkilatının “Ağcabədi rayon Kommunal və mənzil istismar sahəsi” filialının Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib.
Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələr, ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətləri, təşkilati işlərin gücləndirilməsi, üzvlərlə işin səmərəliliyinin artırılması və dövlət siyasətinin əsas prioritetlərinin təşviqi məsələləri ətrafında müzakirələr aparılıb.
Çıxış edən Ərazi Partiya təşkilat sədri Elmir Əliyev, YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Elşən Səfərov və digər partiya fəalları tərəfindən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiya üzvlərinin qarşısında duran vəzifələr və qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifə barədə öz fikirlərini bölüşüb. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ölkəmizin davamlı inkişafı naminə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında YAP üzvlərinin fəal iştirakının vacibliyi qeyd edilib.