1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov və bir qrup partiya fəalı rayondan olan beş şəhidin övladları ilə yaşadıqları evlərdə görüş keçirib, onların qayğıları ilə maraqlanıb və onlara hədiyyələr təqdim ediblər.
Eyni zamanda, millət vəkili Cavid Osmanov rayonun Ərəbocağı kəndinin şəhidi Osmanov Məhəmməd Seymur oğlunun yeni dünyaya gəlmiş oğlu Məhəmmədxəlili ziyarət edib, ailə üzvləri ilə söhbətləşib. Millət vəkili hər zaman dövlət səviyyəsində uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan danışıb, uşaqların sağlam və firavan böyüməsinin, onların rifahının yüksəldilməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib.