23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa rayon təşkilatında rayonun Dağ Kəsəmən, Poylu, Xətai kəndlərinin və Vurğun qəsəbəsinin partiya fəalları ilə görüş olub.
Görüşdə çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: “İnanırıq ki, seçicilərimizin hər biri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Tədbirdə həmçinin partiya fəalları çıxış edərək rayonda bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat işlərinin uğurla yekunlaşacağını və bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əmin olduqlarını bildiriblər.