YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Nicat Baxşəliyevin ailəsini ziyarət ediblər

YAP Bərdə rayon təşkilatının nümayəndələri şəhid Nicat Baxşəliyevin ailəsini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının nümayəndələri 3 və 7 saylı Bərdə şəhər tam orta məktəblərin müəllim və şagirdləri ilə birlikdə Vətən müharibəsi şəhidi Baxşəliyev Nicat Ziyafət oğlunun ad günü ilə əlaqədar şəhidin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzüblər.

Daha sonra şəhidin ailəsi ziyarət olunub. Ziyarət zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Şəhidin ailə üzvləri Nicat Baxşəliyevin hərbi xidmət və ömür yolundan söz açıb, Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər.

Görüş zamanı məktəblilər Vətən və şəhidlər haqqında şeirlər söyləyiblər.