Bu gün Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Aqşin Bağırov, təşkilatın əməkdaşları və fəalları İkinci Qarabağ savaşında Vətənimizin müdafiəsi uğrunda canından keçən Biləsuvar şəhərindən olan şəhid Mahmudlu Babək Süleyman oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Daha sonra şəhidin məzarı ziyarət ediblər və dərin ehtiramla yad edilərək məzarının üzərinə tər gül-çiçək dəstələri qoyublar.