YAP Gədəbəy rayon təşkilatı rayonun Aşıqlar evində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu il dönümü münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər.
Çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev YAP-ın yaranma tarixindən, 29 il ərzində keçdiyi şərəfli yoldan danışıb. Bildirilib ki, ötən 29 ildə Yeni Azərbaycan Partiyası hər zaman milli maraqların keşiyində dayanan, xalqımızın, dövlətimizin mənafeyinə xidmət göstərən siyasi qüvvə kimi tanınıb: "Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyev ideyaları əsasında yaranan partiyadır. Ötən illər ərzində xalqın partiyasına çevrilməyi bacaran YAP bu gün də cəmiyyətimizin aparıcı siyasi qüvvəsidir".
Daha sonra çıxış edən Gədəbəy rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev partiyamızın keçdiyi tarixi yoldan, qazandığı uğurlardan bəhs açıb.
Tədbirdə Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, YAP Gədəbəy rayon təşkilatı ərazi ilk partiya təşkilat sədrləri Baxış Nağıyev, Məlahət Əliyeva və Namiq Rüstəmov çıxış edərək fikirlərini bölüşüblər.