Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olmuş Yasin Məmmədovun doğum günü münasibətilə tədbir keçirib. Rayonun Çanaqçı kəndində baş tutan tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbir zamanı 2020-ci ildə baş vermiş 44 günlük müharibədə şanlı ordumuzun qəhrəmanlıqlarından bəhs edilib, şəhidin ailəsi ilə söhbətlər aparılıb və onların qayğı və problemləri dinlənilib. Şəhidin atası göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.