11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Respublikası Prezidentliyinə namizədi cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi məqsədi ilə Gədəbəy rayonu üzrə seçici imzalarının toplanması prosesi uğurla həyata keçirilib. Bununla bağlı YAP Gədəbəy rayon təşkilatında 17 nəfərdən ibarət seçki qərargahı, 14 nəfərdən ibarət imzatoplayan qrup yaradılıb. İmzalar Gədəbəy rayonu ərazisini əhatə edən 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz DSK-lar üzrə toplanıb. Qeyd edək ki, Gədəbəy rayonunda imzatoplama prosesi 2 gün müddətində davam edib və fevralın 20-də yekunlaşdırılıb.