Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşəbbüsü ilə “İdeyanı layihəyə çevir” təlimlərinə yekun vurulub. Üç gün keçirilən təlimlərdə, gənclərə öz ideyalarını layihəyə çevirmək, layihələrin hazırlanması, komanda ilə işləmək kimi mühüm detallar tədris olunub.
ZOOM proqramı vasitəsilə təşkil olunan təlimlərdə çox sayda gənc iştirak edib. İştirakçılar tərəfindən olduqca yüksək qarşılanan layihə, gənclərin gələcək inkişafına və formalaşmasına yönəlib. Üç gün davam edən təlimləri başa vuran gənclərə təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.