Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin nümayəndəsi Fərid Nəsibov Şanxay Əməkdaşlıq Təşkilatının Gənclər Birliyinin Qırğızıstanın Bişkek şəhərində keçirilən “ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrində turizmin inkişafı” adlı konfransda iştirak edib.
Qırğızıstanın prezident iqamətgahında keçirilən konfransda Orta Asiya ölkələrinin iştirakı ilə ŞƏT ölkələrinin turizm potensialı müzakirə olunub. Fərid Nəsibov panel müzakirələr zamanı Azərbaycanın turizm potensialı haqda və bu sahənin inkişafı üçün Dövlət proqramları barədə iştirakçılara geniş məlumat verib.
Konfransda Azərbaycan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Hindistan, Belarus və Rusiyanın nümayəndələri iştirak ediblər.