YAP Göyçay rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə YAP Göyçay rayon təşkilatı ağacəkmə aksiyası keçirib.

Aksiyada YAP Göyçay rayon təşkilatının rəhbərliyi , Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  və təşkilatın fəalları iştirak edib.
Rayonda təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən  şəhər  ərazisində  həmişəyaşıl , çinar, Eldar şamı, gül kolu əkilib, quruyan ağaclar yeniləri ilə əvəz edilib.

Təşkilatın  fəalları əkilən ağacları suvarıblar. Əkilən yeni ağaclara hər həftə qulluq ediləcək.