Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar olaraq YAP Hacıqabul rayon təşkilatı tədbirlər planına uyğun olaraq ardıcıl tədbirlər həyata keçirir.
YAP rayon təşkilatının təşkil etdiyi növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası olub. Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hacıqabul rayonundakı abidəsini və rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra Hacıqabul-Şirvan avtomobil yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib. Tədbirdə YAP Hacıqabul rayon təşkilatının fəalları, rayon İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.