YAP Mingəçevir şəhər təşkilatının fəalları qazi Rasim Babayevi ziyarət ediblər

YAP Mingəçevir şəhər təşkilatının fəalları qazi Rasim Babayevi ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının fəalları 44 günlük Vətən müharibəsinin qazisi Babayev Rasim Asim oğlunu ziyarət ediblər. Qazi Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb.
Hazırda onun müalicəsi davam edir. YAP Mingəçevir şəhər təşkilatının fəalları qazinin vəziyyəti ilə maraqlanıb, onun ailəsinə ərzaq yardımı ediblər.
Qazi Rasim Babayev göstərilən diqqətə və qayğıya görə öz minnətdarlığını bildirib.