Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının rəhbərliyi Vətən müharibəsi şəhidi Məmmədov Vasif Rəfail oğlu və Əlibəyli Mikayıl Xalıqverdi oğlunun il mərasimlərində iştirak ediblər. Bildirilib ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman oğullarımızın əziz xatirəsini daim uca tutacaq.
Qeyd edək ki, YAP Mingəçevir şəhər təşkilatı və Migəçevir ŞİH tərəfindən mingəçevirli şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə çap olunmuş plakatı şəhidlərin ailələrinə təqdim ediblər.