Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının rəhbərliyi Vətən müharibəsində şəhid olan Əliyev Elçin Rasim oğlunun anım mərasimində iştrak edib.
Təşkilatın üzvləri şəhidlərin ailə üzvlərinə başsağlığı verib, belə qəhrəman oğul böyütdükləri üçün təşəkkür ediblər.
Eyni zamanda, YAP Mingəçevir şəhər təşkilatı və Migəçevir ŞİH tərəfindən mingəçevirli şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə çap etdirilmiş plakatlar şəhid Əliyev Elçin Rasim oğlunun ailəsinə təqdim olunub.